Yığma öncə Bakıda toplanış keçəcək, sonra Maltaya yollanacaq

02:20 Milli komanda 88
Yığma öncə Bakıda toplanış keçəcək, sonra Maltaya yollanacaq

15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışı keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

U-15 millimiz oktyabrın 16-dan 18-dək Dalğa Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək.

Daha sonra isə komanda oktyabrın 19-dan 27-dək Maltada təşkil olunacaq UEFA İnkişaf Turnirində iştirak edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
9 Oktyabr 16:10 Çək və bizə göndər!