“Baku Sportinq”də iki məşqçi ilə yollar ayrılıb.
Sportinfo.az xəbər verir ki, klub rəhbərliyinin qərarına əsasən, baş məşqçi Samir Ələkbərov və qapıçılar üzrə məşqçi Davud Əsgərovla əməkdaşlığa son verilib.
“Baku Sporting” hər iki mütəxəssisə fəaliyyətlərinə görə təşəkkür edib və gələcək karyeralarında uğurlar arzulayıb.
Birinci Liqanın beşinci turunda “Baku Sportinq” 1:3 hesabı ilə MOİK-ə məğlub olub.
Bütün oyunları uduzan Buzovna təmsilçisi turnir cədvəlinin son pilləsinə yuvarlanıb.
