Qolları sıralayan gənc - Mütləq "Neftçi"dən getmək lazım imiş!

21:00 Milli komanda 147
Qolları sıralayan gənc - Mütləq "Neftçi"dən getmək lazım imiş!

Son ayların parlayan yerli futbolçusu Ağadadaş Salyanskidir.

"Ağ qaralar"ın yetirməsi heç vaxt olmadığı qədər məhsuldar çıxışla yadda qalır.

Mövsümün gedişində son anda “Araz-Naxçıvan”a getmək qərarı verən Salyanski qolları sıralayır.

İcarə əsasında Muxtar Respublika klubunda çıxış edən forvard burada keçirdiyi dörd görüşdə üç qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Naxçıvanlıların mövsümə uğursuz çıxış etdiyini nəzərə alsaq, vurulan bu qolların və edilən məhsuldar ötürmənin dəyəri birə-beş artmış olur.

Ağadadaş uğurlu çıxışını milli komandada da davam etdirib.

Gənclər millimizin Çexiyadan xal almasında, Cəbəllütariqi məğlub etməsində Ağadadaşın da payı az olmayıb.

22 yaşlı futbolçu bu matçlarda vurduğu iki qolla diqqət çəkib.

Görünür, Ağadadaşın bugünkü kimi məhsuldarlığının olması üçün “Neftçi”dən getməsi lazım imiş.

Biz əslində bunu aylar öncədən deyirdik ki, əgər “Neftçi”də alınmırsa, əsas komandada oynamaq mümkün deyilsə, digər variantları götür-qoy etmək mütləqdir.

Ola bilər ki, başqa klublarda sənin üçün daha yaxşı olsun.

Zaman bizim də haqlı çıxdığımızı göstərir. Ümid edək ki, bu cür uğurlu çıxışın davamı növbəti turlarda da gələcək. Çünki Ağadadaşın qolları sıralaması millilərimiz baxımından da bizə faydalıdır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti