Avropa Liqasının Liqa mərhələsinin 2-ci turunda “Benfika” Şotlandiyanın “Seltik” klubunu böyük hesabla məğlub edib.
Sportinfo.az xəbər verir ki, Lissabonda keçirilən qarşılaşma Portuqaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
“Seltik”in yeganə qolunu 63-cü dəqiqədə Kamilo Duran vurub.
Kamilo Duran ötən mövsüm “Qarabağ”da oynayərkən də səfər oyununda “Benfika”nın qapısına yol tapmışdı.
Kolumbiyalı hücumçu Çempionlar Liqasının 1-ci turunda Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşan görüşdə komandasının ikinci qolunun müəllifi olmuşdu.
