“Ümid edirəm ki, ikinci dəfə eyni vəziyyətə düşmərik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev deyib.
25 yaşlı yarımmüdafiəçi qarşıda Lixtenşteynlə keçiriləcək həlledici matç barədə danışıb:
“Sonuncu oyunumuz qalıb. İkinci dəfə də Lixtenşteynə qalib gələ bilməsək, deməyə söz tapılmayacaq.
Belə bir ehtimalı düşünmək belə istəmirəm. Yaxşı oldu ki, heç olmasa, həmin zərbə vaxtında bizə dəydi.
