“Özümə və gücümə bələdəm, bu çempionatda sözümü hələ çox deyəcəm“

16 Oktyabr 23:40 Sumqayıt 120
“Özümə və gücümə bələdəm, bu çempionatda sözümü hələ çox deyəcəm“

“İndiyədək komandaya verdiyim faydadan çox məmnunam”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt”ın hücumçusu Mamadi Banqre deyib.

Bu ilin sentyabrından ölkəmizdə legioner həyatı yaşamağa başlayan Burkina-Faso millisinin forvardı Premyer Liqada keçirdiyi 3 oyunda iki qol vurmağı bacarıb.

O, belə əla start gözləyirdimi? Afrikalını dinləyək:

“Bura gələndə öz keyfiyyətlərimi göstərməyə qərarlı idim. Mənə yaxşı şərait yaradırlar və bu da öz keyfiyyətlərimi ortaya qoymağa imkan verir.

Hər şeydən əvvəl bu, kollektiv işin nəticəsidir. Mən özümə və gücümə bələdəm.

Düşünürəm ki, bu çempionatda sözümü hələ çox deyəcəm “.

“Sumqayıt” son olaraq Fransada - “Qrenobl”da çıxış etmiş Mamadi Banqre ilə 1+2 illik müqavilə imzalayıb.

25 yaşlı ön xətt oyunçusu bu ölkədə “Tuluza”nın yetirməsidir. O, karyerası ərzində “Tuluza” ilə yanaşı, “Trua”, “Pau”, “Qrenobl” kimi komandaların şərəfini qoruyub.

Həmçinin vətəni olan Burkina-Faso millisində 9 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM