Zlatan İbrahimoviç “Milan”da idman əməliyyatları üzrə rəhbər vəzifəsini tərk edib.
Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, qərarın isveçli sabiq hücumçunun özü, yoxsa klubun sahibi Cerri Kardinale tərəfindən verildiyi hələlik məlum deyil.
Bununla belə, “Milan”ın baş məşqçisi Ruben Amorimin bu məsələdə heç bir rolunun olmadığı bildirilib.
Hazırda İbrahimoviç klubun sahibi olan “RedBird Capital Partners” şirkətində yüksək səviyyəli məsləhətçi kimi fəaliyyətini davam etdirir.
“Milan” A Seriyasında 6 turdan sonra 12 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
