“Sportinfo TV“də yayımlanan “Sport Xəbər“in növbəti buraxılışı efirə gedib.
Aytən Mustafayevanın təqdimatında bir neçə məlumat izləyicilərin diqqətinə çatdırılıb.
Bildirilib ki, “Qarabağ”ın Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionu olmuş Renatu Sançeşi transfer etmək istədiyi barədə iddialar yayılıb.
Sosial şəbəkələrdə tirajlanan xəbərlərə görə, hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçi karyerasını bərpa etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razıdır.
Bildirilir ki, Ağdam klubu ona illik 450 000 avro (857 385 manat) maaş təklif edib. Məlumata görə, Sançes də “Qarabağ” variantına müsbət yanaşır.
Amma… Öyrəndiyimizə görə, portuqaliyalı menecerlər vasitəsilə “köhlən atlar“a təklif edilib.
Fəqət, Premyer Liqanın vitse-çempionu bu keçidə maraq göstərməyib. Səbəbkarın yaşının çoxluğu və xroniki zədələrdən əziyyət çəkməsi bu qərara təsir göstərib.
“Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində “Erzurumspor”dan ayrılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Bu barədə Superliqa təmsilçisinin prezidenti Ahmet Dal məlumat verib.
O bildirib ki, komanda daxilində həm hücumçuya, həm də onun bacarığına böyük inam var.
Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. “Erzurumspor” avqust ayında 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalayıb.
«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 7-ci turu çərçivəsində «Sabah»la keçirilən matçda (0:0) sərgilənən oyundan razı, nəticədən narazı qalıb.
O, bu barədə komanda üzvləri ilə söhbətində bildirib. Ukraynalı çalışdırıcı son çempionla qarşılaşmanın çətin, amma onların üstünlüyü şəraitində keçdiyini deyib.
Xatırladıb ki, ötən mövsümün ikinci yarısından bu yana heç bir kollektiv «Sabah»la belə mübarizə aparmayıb və qələbəyə yaxın olmayıb.
Vernidub inanır ki, «Neftçi» bir müddət sonra optimal forma yığacaq və turnir cədvəlinin zirvəsindəki yerini bir qədər də möhkəmləndirəcək.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN
