Gələcəyi ilə bağlı hansısa “siqnal” almayıb - “Barselona”dan icarəyə götürülən

18:20 İngiltərə 86
Gələcəyi ilə bağlı hansısa “siqnal” almayıb - “Barselona”dan icarəyə götürülən

“Barselona”dan “Liverpul”a icarə əsasında keçən Ronald Arauxonun gələcəyi qeyri-müəyyən olaraq qalır.

İngiltərə klubu uruqvaylı müdafiəçini bu mövsümün sonuna qədər icarəyə götürüb.

Müqavilədə futbolçunun 55 milyon avro qarşılığında birdəfəlik transfer edilməsi hüququ da nəzərdə tutulub.

Sportinfo.az “Barca Universal”-a istinadən xəbər verir ki, son vaxtlar yayılan xəbərlərə görə, “Liverpul” rəhbərliyi bu transferin məqsədəuyğunluğunu yenidən nəzərdən keçirir.

Lakin Arauxonun agenti bu iddiaları “əsassız” adlandıraraq, təkzib edib. 27 yaşlı müdafiəçinin özü isə “Liverpul”da xoşbəxtdir və gələcəyi ilə bağlı klubdan hansısa “siqnal” almayıb.

Arauxo bu mövsüm “qırmızılar”ın heyətində 9 oyuna çıxıb və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti