Polşa çempionatında 11-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Rakuv” səfərdə “Vieçista Krakov”un qonağı olub.
Qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb.
Mahir Emreli qarşılaşmaya start heyətində başlayıb və 88-ci dəqiqədə, hesab 1:1 olarkən Adam Basse ilə əvəzlənib.
Mövsümdə ikinci qələbəsini qazanan “Rakov” 6 xalla hazırda 18 komanda arasında sonuncu yeri tutur.
“Vieçista Krakov” - “Rakuv” 1:2
Qollar: Semedo, 69 (1:0), Diabi-Fadiqa, 79-pen. (1:1); 88 (1:2)
