6 aydan sonra qayıtdı, kapitanlıq sarğısını geri aldı, bu sözləri eşitdi – FOTO-FAKT

24 Noyabr 2022 21:20 Qəbələ 613
6 aydan sonra qayıtdı, kapitanlıq sarğısını geri aldı, bu sözləri eşitdi – FOTO-FAKT
"Sənə bir daha zədə arzu etmirəm, qardaşım

"Qəbələ"də uzun həsrət baş çatıb.

Nəhayət, 6 aydan sonra ikinci kapitan Urfan Abbasov yaşıl meydanlara qayıdıb.

Onun qayıdışı ölkə kubokunun 1/8 final mərhələsinin "Araz Naxçıvan"la baş tutan matçına təsadüf edib.

O, komandasının 5:0 hesablı darmadığınla bitən qarşılaşmada 74-cü dəqiqədə Murad Musayevin əvəzinə meydana daxil olub.

Əsas kapitan Asif Məmmədov və ikinci kapitan Urfan Abbasovun yoxluğunda bazubəndi bir çox görüşlərdə qoluna taxan Musayev görüşdən sonra komanda yoldaşının uzunmüddətli zədədən qayıtması ilə bağlı paylaşım da edib.

O, instaqram hesabından əvəzlənmə anını özündə əks etdirən videonu izləyiciləri üçün bölüşərək bu sözləri yazıb:

"Sənə bir daha zədə arzu etmirəm, qardaşım. Ən gözəlinə layiqsən, gözəl ürəkli qardaşım".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti