Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Lixtenşteyn yığmasında narahatlıq hökm sürür.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Konrad Fünfştük təqvim sıxlığından narazılığını bildirib.
Fünfştükü narahat edən əsas məqam isə ardıcıl iki səfər matçına çıxmalarıdır. Belə ki, Malta ilə qarşılaşmanın ardından Lixtenşteyn yığması ölkəsinə qayıtmayacaq, birbaşa Bakıya uçacaq.
Çalışdırıcı da futbolçularını bu sıx qrafikə və ardıcıl yolçuluqlara öyrətməyə çalışdıqlarını açıqlayıb. Maltadan birbaşa Azərbaycana yollanmaqda məqsəd isə əlavə yüklənmənin qarşısını almaqdır.
Oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Lixtenşteyn oyunu saat 20:00-da başlayacaq.
