Premyer Liqanın 6-cı turunda "Qəbələ" evdə "Neftçi"yə 0:3 hesabı ilə məğlub oldu.
Oyuna damğasını vuran adam baş hakim Cavid Cəlilov oldu.
Təcrübəli referi 65-ci dəqiqədə "Qəbələ"nin sürətli əks-hücumu zamanı Şkribekin sərt müdaxiləsini sarı vərəqə ilə qiymətləndirdi. Lakin epizodun təkrar görüntüsünə baxdıqda, həmin müdaxilənin qırmızı vərəqə olduğu aşkar görünür.
Əbəs deyil ki, final fitindən sonra oyundan çox bu epizod müzakirə olundu.
"Qəbələ"ni bu oyuna çıxaran məşqçi Asif Məmmədov da sözügedən epizoda səssiz qalmayıb.
O, matçdan sonra sosial şəbəkə hesabında həmin anın görüntülərini paylaşıb.
Məmmədov paylaşdığı videoya “Sizcə, qırmızı vərəq üçün nə lazımdır? Burda adam ifadələrini baş sözlə ifadə etmək istəyir” başlığını yazıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
