Aşağı liqadan aldığı iki təklifi geri çevirdi, daha az pula bura döndü

16:00 Hadisə 182
Aşağı liqadan aldığı iki təklifi geri çevirdi, daha az pula bura döndü

“Şəfa” yeni legionerlə anlaşıb.

Klubun mətbuat xidməti saytımızın bir neçə gün öncə yaydığı xəbəri rəsmən açıqlayıb (https://www.sportinfo.az/idman_xeberleri/araz-nakchivan/260289.html).

Bildirilib ki, qapıçı Tiaqo Silva heyətə cəlb edilib.

26 yaşlı portuqaliyalı ilə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

“Benfika”nın yetirməsi ölkəsində “Vitoriya Gimaraeş”, “Leyşoeş” və “Trofense”nin formasını geyinib.

Adıçəkilən qolkiper son 3 mövsümü Azərbaycanda - “Zirə”də keçirib. O, maliyyə şərtlərində razılığa gəlmədiyi üçün müqavilənin müddətini uzatmayıb.

13 min dollar maaşa razı olmayan Tiaqo 20 min dollar istəyib, nəticədə 4 aya yaxın klubsuz qalıb. Bu müddətdə ona Portuqaliyalının aşağı liqasından iki təklif gəlib.

Amma dəvət göndərənlər “əlcək sahibi“nə “1 nömrə“ olacaqsan“ vədi vermədiyi üçün keçidi baş tutmayıb.

“Şəfa“da isə Tiaqonu belə bir narahatlıq gözləmir. O üzdən 8000 dollar qarşılığında bura qayıtmağa etiraz etməyib.

Zaur Həşimovun çalışdırdığı komanda çempionatın ilk 6 turu ərzində qaıpıç sarıdan çox problem yaşayıb.

Beş məğlubiyyət alan kollektiv qapısında üst-üstə 11 qol görüb. Və bu görüşlərin əksəriyyətində Nicat Mehbalıyev kobud səhvlərlə yadda qalıb.

Tiaqo Silva "Şəfa"nın 21-ci yeni oyunçusudur.

Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ"), Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko ("Vintentur", İsveçrə), Kristofer Mamengi (“Priştina”, Kosovo), Felipe da Silva Rodrigez ("Vora", Albaniya), Ayxan Əlizadə ("Araz-Naxçıvan"d), Eltun Babazadə ("Qarabağ"), Nurhan Abdıyev, Elmar Məmmədov (hər ikisi "Zirə"), Omar Abdulaye Diav ( “Akren-Lessin”, Belçika) və Vüsal Qənbərov düşərgəyə qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...