“Neftçi”nin baş məşqçisi iclas keçirdi: “Qəbələ” bizi bağışladı, onlar bağışlamayacaq”

17:40 Neftçi 1 008
“Neftçi”nin baş məşqçisi iclas keçirdi: “Qəbələ” bizi bağışladı, onlar bağışlamayacaq”

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub komandadaxili iclas keçirib.

Toplantı Premyer Liqanın ilk 6 turuna həsr olunub.

Ukraynalı mütəxəssis çempionatın geridə qalan hissəsində 5 qələbənin qazanılmasını müsbət qiymətləndirib.

60 yaşlı çalışdırıcı 15 xalla turnir cədvəlinə başçılıq edən kollektivdən gözləntilərin böyük olduğunu bildirib.

Qeyd edib ki, hazırkı vəziyyəti onları qətiyyən arxayınlaşdırmamalıdır.

Vernidub xüsusən «Qəbələ» ilə son matçdan danışıb. 3:0 hesablı səfər qələbəsinə rəğmən, sərgilənən futboluno nu qane etmədiyini söyləyib:

«Orada bir neçə səhvə yol verdik. Bizə qol vurmaq üçün imkanları oldu.

«Qəbələ» bizi bağışladı, amma qarşıdakı rəqiblərimiz bağışlamayacaq. Müdafiə planında həmin səhvləri təkrarlamamalıyıq.

Elə olsa, qalib gəlməyə çox çətinlik çəkəcəyik. Düzü, bu, məni xeyli narahat edir.

Turnir cədvəlinin lideri olmaq nə qədər çətindirsə, o yerdə qalmaq ondan da çətin məsələdir. Marafon uzundur, biz işimizə mütləq daha məsuliyyətli yanaşmalıyıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti