“Qəbələ”nin yeni baş məşqçisi rəsmən məlum olub.
Klub açıqlama yayaraq, saytımızın dünən tirajladığı xəbəri təsdiqləyib (https://www.sportinfo.az/idman_xeberleri/qebele/129943.html).
“Qırmızı-qaralar” Yeton Bekiri ilə 1+2 illik müqavilə bağlayıb.
44 yaşlı şimalı makedoniyalı mütəxəssis son olaraq ölkəsində “Şkendiya”ya rəhbərlik edib.
O, müxtəlif illərdə “Drita”, “Qostivar”, “Renova”, “Struqa” (hamısı Şimali Makedoniya) və “Bilis”in (Albaniya) baş məşqçisi, “Əl Cabalayn”nın isə (Səudiyyə Ərəbistanı) idman direktoru işləyib.
2024-2025-ci illər mövsümündə “Şkendiya” ilə Şimaili Makedoniya çempionu olub və bir müddət əvvəl oradan ayrılıb.
Bekiri Azərbaycan futbolunu pis tanımır. Onun çalışdırdığı «Şkendiya» 2025- ci ilin yayında Çempionlar Liqasında «Qarabağ»la qarşılaşıb.
Yarışın ikinci təsnifat mərhələsində «köhlən atlar»la üz-üzə gələn «Şkendiya» öncə Skopyedə 0:1, ardınca Bakıda 1:5 hesabıyla uduzaraq, mübarizə dayandırıb.
Yeni baş məşqçi “Qəbələ”də sentyabrın 20-dən fəaliyyətə başlayacaq. Yəni ki, o, ayın 18-də komandanı “Neftçi“ ilə Premyer Liqanın altıncı tur matçına çıxarmayacaq.
Balkanlı həmin gün tribunada əyləşəcək, texniki zonada isə Asif Məmmədovla Amil Ağacanov əyləşəcək.
SPORTİNFO.AZ
