İlkin Fikrətoğlu: İddialı və əvəzolunmaz - o, bir "Neftçi" "əfsanəsi" - VİDEOSÜJET

20:00 Sportinfo TV 120
İlkin Fikrətoğlu: İddialı və əvəzolunmaz - o, bir "Neftçi" "əfsanəsi" - VİDEOSÜJET

Azərbaycan futbolunun ən məşhur yetirmələrindən İsgəndər Cavadov 70 yaşını tamamladı.

50 illiyində dövlət başçısı İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülən futbol veteranı 70 illik yubileydə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edildi.

Futbolçu karyerasını bitirdikdən sonra 25 il çalışdığı prokurorluq sistemində də Cavadovun yubileyinə xüsusu diqqətlə yanaşıldı.

Baş prokuror Kamran Əliyev yubileylə əlaqədar keçirilən tədbirdə şəxsən iştirak edərək İsgəndər Cavadovu böyük futbolçu olmaqdan əlavə həm də prokurorluq orqanlarında səmərəli fəaliyyət göstərən şəxs kimi xarakterizə edib...

"Sportinfo TV"nin redaktoru İlkin Fikrətoğlu 1980-ci illər "Neftçi"sinin kapitanı, əvəzolunmaz "11 nömrəsi" ilə görüşərək geniş müsahibə alıb.

Həmin müsahibə əsasında hazırlanan videosüjetin ilk hissəsini təqdim edirik.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti