“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo karyerasının 1000-ci qolunu hansı komandada vurmaq istədiyini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı futbolçu bu qola milli komandanın heyətində imza atmağı arzuladığını bildirib:
– 1000-ci qolunuzu “Əl-Nəsr”də, yoxsa milli komandada vurmaq istərdiz?
– Cavabı bilirsiz… Milli komandada. Bu, gözəl bir hekayənin zirvəsi olardı. Baş məşqçimizin dediyi kimi, bu, işin ən gözəl hissəsi – “tortun üzərindəki meyvə” olardı”.
Hazırda Ronaldonun hesabında 979 qol var. Bunların 833-ü klub, 146-sı isə milli komanda səviyyəsində vurulub.
