Premyer Liqanın “şirlər”i istedadlı yeniyetməni 3 illk “bağrına basdı” - VİDEO+FOTO

11:00 Şamaxı 130
Premyer Liqanın “şirlər”i istedadlı yeniyetməni 3 illk “bağrına basdı” - VİDEO+FOTO

«Şamaxı» yerli istedada sahiblənib.

Premyer Liqada yeni mövsümə uğurlu start verən «şirlər» Hüseyn Hüseynovla uzunmüddətli müqavilə imzalayıb.

Klubun akademiyasının yetirməsi olan 16 yaşlı hücumameylli yarımmüdafiəçi minimum qarşıdakı 3 ili burada keçirəcək.

Hüseynov artıq millinin məşqçilərinin diqqətini çəkib. O, U-17 yığmasına cəlb olunub.

Hüseynə böyük meydanın qapılarını ilk dəfə Ayxan Abbasov açıb. Onu bu ilin əvvəlində «Şamaxı»nın əsas komandasının məşqlərində iştirakına şərait yaradıb.

Hazırda əyalət təmsilçisini çalışdıran Azər Bağırovu da bu yolu gedir. Böyük gələcək vəd edən yeniyetmənin Premyer Liqanın qarşıdakı turlarının birində debütü gözlənilir.

İstedadı varsa, niyə də olmasın? Qoy, bu da «Şamaxı» rəhbərliyinin futbolumuza növbəti tövhəsi kimi tarixə düşsün.

Vaxtında uşaq futboluna ditqqət göstərməsəydilər, indi Hüseyn kimi talantlı uşaqlar üzə çıxmazdı.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Premyer Liqanın

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”