“Oyunlarımız olmadığı üçün uzun müddətdir bir araya gəlmirdik”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Musa Qurbanlı Tacikistana qarşı keçirilən yoxlama oyunundan sonra deyib.
O, düşərgədə atmosferin yaxşı olduğunu bildirib:
“Bu qələbə ab-havanın daha da yaxşı olması üçün vacib idi. Bu qələbə rəsmi oyunlar öncəsi motivasiyamıza da müsbət təsir göstərəcək.
İstərdik ki, Tacikistana qarşı daha yaxşı performans göstərək, daha çox qol vuraq. Ümumilikdə bu matçdan dərs çıxarmalıyıq”.
