“Bilirdik ki, asan oyun olmayacaq. Çətin qarşılaşma oldu, rəqib bizə rahat oynamağa imkan vermədi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Jali Muaddib deyib.
Fransalı Premyer Liqanın 6-cı turunda “Şəfa” üzərində 1:0 hesablı qələbəni dəyərləndirib:
“Matç ərzində mübarizə aparmalı, diqqətli olmalı idik. Belə oyunlarda əsas məsələ səbirli olmaq və qələbəni əldə etməkdir.
Önəmli olan 3 xal idi. Öz evimizdə uduzmadıq və qələbə qazandıq.
Düşünürəm ki, bizim üçün ən vacib məqam da bu idi. Təbii ki, rahat qələbə qazanmaq, 4-5 qol vurmaq istəyərik.
Azarkeşlərimizi daha çox qolla sevindirmək hər zaman xoşdur. Bəzən isə belə olmur, istədiyimiz kimi alınmır.
Rəqib də bizə qarşı yaxşı mübarizə apardı və oyunu çətinləşdirdi. Belə qarşılaşmalarda yaratdığımız imkanlardan istifadə etmək və sona qədər oyunun içində qalmaq vacibdir.
Əsas olan qələbə idi. 1:0 hesabı ilə də olsa, 3 xal qazandıq və bundan razıyıq”.
