Ölkəsində çempion olduğu məşqçini Azərbaycana gətirdi - FOTO

17:20 Qəbələ 115
Ölkəsində çempion olduğu məşqçini Azərbaycana gətirdi - FOTO

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Bekirinin köməkçilərindən birinin adı məlum olub.

Sportinfo.az xəbər verir ki, Burhan Emurllai şimali makedoniyalı çalışdırıcının əsas köməkçisi olacaq.

Emurllai daha əvvəl də Bekiri ilə birlikdə çalışıb. Onlar 2024/2025 mövsümündə “Şkendiya”nın heyətində Şimali Makedoniya çempionu olublar.

Yeton Bekiri “Qəbələ” ilə 1+2 illik müqavilə imzalayıb. 44 yaşlı mütəxəssis yeni vəzifəsinin icrasına sentyabrın 20-dən başlayacaq.

“Qəbələ” yeni mövsümə Kaxaber Tsxadadzenin rəhbərliyi altında başlayıb. Lakin Azərbaycan Premyer Liqasındakı uğursuz startdan sonra klub avqustun 31-də gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Komanda ilk üç turda cəmi bir xal toplayıb, iki dəfə məğlub olub və bir dəfə heç-heçə edib. Bu oyunlarda “Qəbələ” qol vura bilməyib.

Tsxadadzenin gedişindən sonra komandanın hazırlığını məşqçilər korpusu həyata keçirib. “İmişli” ilə növbəti rəsmi oyunun 2:1 hesabı ilə başa çatdığı qarşılaşmanın protokolunda isə “Qəbələ”nin məşqçisi kimi Manaf Kələntərli göstərilib.

Yeton Bekiri birlikdə çempionluq qazandığı mütəxəssisi

Digər Xəbərlər
Xəbər Lenti