Sübhan 15 il sonra ilkə imza atdı - Avropa çempionu oldu

04:30 Boks 66
Sübhan 15 il sonra ilkə imza atdı - Avropa çempionu oldu

Azərbaycan boksçusu Sübhan Mamedov Avropa çempionu olub.

Sportinfo.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan millinin üzvü bu titula Bolqarıstanın paytaxtı Sofiyada yiyələnib.

Dünya çempionu və U-23 Avropa çempionatının qalibi finalda Bair Batlayevi (Rusiya) məğlub edib.

Hər 3 raundu xeyrinə bitirən Mamedov yekunda 4:1 (30:27, 29:28, 28:29, 30:27, 29:28) hesabı ilə qalib gələrək Avropa çempionatının qızıl medalını qazanıb və Sofiyada Azərbaycan himnini səsləndirib.

Qeyd edək ki, Sübhan Məmmədov 15 il sonra böyüklər arasında Avropa çempionu olmaqla Azərbaycan boksunun tarixinə düşüb.

Sonuncu dəfə 2011-ci ildə Salman Əlizadə və Teymur Məmmədov böyüklər arasında Avropa çempionu olublar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...