Anri “Sabah”ın məşhur rəqibini təriflədi: “Onlar qorxuludurlar”

25 Sentyabr 00:00 Dünya futbolu 381
Anri “Sabah”ın məşhur rəqibini təriflədi: “Onlar qorxuludurlar”

“Arsenal”ın sabiq futbolçusu Tyerri Anri mövsümün ilk ayında dünyanın ən yaxşı komandası barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, AS nəşri fransalı keçmiş futbolçunun sözlərini belə çatdırıb:

“Bunu indidən demək lazımdır? Hazırda ən yaxşı olan komanda dəyişə bilər.

Ona görə də bu suala cavab verməyi çox sevmirəm. Söhbət yalnız hazırkı vəziyyətdən gedir.

Ötən mövsümün əvvəlində PSJ-ni xatırlayın. Heç kim onların Çempionlar Liqasını qazanacağını deməzdi, amma sonda bunu bacardılar.

Hər şey dəyişir. Bununla belə, etiraf etmək lazımdır ki, “Barselona” hazırda rəqiblərinə qorxu yaşadır. Bəli, onlar qorxuludurlar”.

“Barselona” 2026/27 mövsümünün startında keçirdiyi 8 oyunun hamısında qələbə qazanıb.

Kataloniya təmsilçisi Çempionlar Liqasının 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
9 Noyabr 18:10 Çək və bizə göndər!