Azərbaycan millisinin vingeri Vüsal İsgəndərli Tacikistan üzərində 1:0 hesablı qələbədən sonra sualları cavablandırıb.
Sportinfo.az xəbər verir ki, futbolçu əvvəlcə qarşılaşmanın çətin keçdiyini və qələbənin Millətlər Liqası öncəsi vacib olduğunu bildirib:
“Biz gec toplandıq. Elə oyunçu var ki, 19-u, eləsi var 20-si, 21-i gəldi.
Komanda olaraq gec yığışdıq. Düzdür, bu bəhanələrin arxasına sığınmırıq, amma qələbə qazandıq.
Bu da önəmli idi. İndi Millətlər Liqası başlayır. Millətlər Liqasından əvvəl yoldaşlıq oyununda qələbə qazanmaq vacib idi. İnşallah, bunun davamını gətirmək istəyirik”.
