Dünən “Neftçi” ilə müqaviləsini pozdu, bu gün doğma klubuna döndü - SON DƏQİQƏ

15:00 Qəbələ 1 221
Dünən “Neftçi” ilə müqaviləsini pozdu, bu gün doğma klubuna döndü - SON DƏQİQƏ

Dünən “Neftçi” ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verən Elvin Camalovun yeni klubu bəlli olub.

Dayaq yarımmüdafiəçisi yetirməsi olduğu “Qəbələ“yə dönüb.

O, əyalət təmsilçisi ilə bu gün 2 illik müqavilə imzalayıb.

“Qəbələ” Futbol Akademiyasının “şinel“indən çıxmış Camalov əsas komandada 2013/2014-cü il mövsümündə debüt edib.

“Qırmızı-qaralar”ın heyətində 141 oyun keçirən yarımmüdafiəçi Premyer Liqada 111, Azərbaycan kubokunda 18, UEFA Avropa Liqasında 12 dəfə meydana çıxıb.

“Qəbələ”nin heyətində Azərbaycan çempionatlarında iki gümüş və üç bürünc medal qazanıb. Yarımmüdafiəçi 2018-2019-cu il mövsümündə qalibi adını qazandığı Azərbaycan kubokunun üç dəfə finalçısı olub.

2025-ci ilin yanvarında “Sabah“dan “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə komandanın heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu