Millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq

07:10 Güləş 67
Millimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq

Azərbaycanın çimərlik güləşi üzrə milli komandası sentyabrın 26-27-də Yunanıstanın Katerini şəhərində keçiriləcək Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən bildirilib.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında İbrahim Rübail (70 kq), Sahib Dadaşov, Vüsal Əliyev (hər ikisi 80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qum üzərində dünyanın ən güclüsü titulu uğrunda yarışacaqlar.

Final seriyasından sonra daha öncə keçirilmiş mərhələlərdə əldə edilən xallar toplanacaq və hər çəkidə ən çox xala sahib güləşçi dünya çempionu ünvanına sahib çıxacaq.

Yarışda ədaləti I-S dərəcəli azərbaycanlı hakim Asif Şirəliyev qoruyacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...