Əli Avropa çempionatında bürünc qazandı, Azərbaycan idman tarixində ilkə imza atdı

05:30 Atıcılıq 66
Əli Avropa çempionatında bürünc qazandı, Azərbaycan idman tarixində ilkə imza atdı

Deflimpiyaçı atıcı Əli İskəndərli Avropa çempionatında bürünc medal qazanaraq Azərbaycanın idman tarixində ilkə imza atıb.

Sportinfo.az xəbər verir ki, o, Serbiyanın Novi Sad şəhərində keçirilən yarışda buna nail olub.

Azərbaycanın deflimpiyaçı atıcıları ölkə idmanı tarixində ilk dəfə eşitmə qabiliyyəti məhdud olan şəxslər arasında atıcılıq növü üzrə Avropa çempionatında mübarizə aparır.

Turnirdə 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçmada təmsilçilərimiz də daxil olmaqla 9 ölkə və 1 neytral komandadan ümumlikdə 21 atıcı iştirak edir.

Deflimpiya atıcılıq növü üzrə baş məşqçi Rəsul Məmmədovun rəhbərliyi ilə qüvvəsini sınayan Əli İskəndərli və Nicat Əzimov çempionatın final mərhələsinə vəsiqə qazanıblar.

Qitə birinciliyini Əli İskəndərli 3-cü, Nicat Əzimov isə 5-ci pillədə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...