Argentinada Lionel Messinin milli komandadakı vida matçına hazırlıq gedir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Argentina yığmasının oktyabrın 6-da Buenos-Ayresdəki “El Monumental” stadionunda Benin millisi ilə keçirəcəyi qarşılaşmaya bütün biletlər cəmi 4 dəqiqəyə satılıb.
85 min tamaşaçı tutumuna malik stadionda keçiriləcək oyunun Messinin Argentina millisində son matçı olacağı gözlənilir.
Lionel Messi Argentina yığmasında debütünü 2005-ci ildə edib. 39 yaşlı futbolçu millinin heyətində keçirdiyi 207 oyunda 125 qol vurub və 68 məhsuldar ötürmə verib.
Messi milli karyerasını başa vurmaq qərarını avqustun sonunda açıqlayıb.
