“River Pleyt”in qapıçısı Santyaqo Beltran Avropanın aparıcı klublarının diqqətini cəlb edib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”, “Çelsi”, “İnter” və “Portu” 21 yaşlı futbolçunu heyətinə qatmaqda maraqlıdır.
“River Pleyt” isə gələn il qolkiperin satışını nəzərdən keçirməyə hazırdır.
Beltranın müqaviləsində 21 milyon avroluq sərbəstqalma maddəsi var. Onun Argentina klubu ilə sözləşməsinin müddəti 2027-ci ilin sonuna qədər qüvvədədir.
