“Əsas odur ki, qalib gəldik. Bu matçda qələbə bizim üçün çox vacib idi”.
Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin hücumçusu Musa Qurbanlı Tacikistana qarşı keçirilən yoxlama oyun haqda deyib.
O, 1:0 hesablı qələbəni belə şərh edib:
“Asan olmadı, ağır oyun keçdi. Əslində görüşün çətin olacağını gözləyirdik.
İstərdik daha yaxşı performans göstərək, daha çox epizod yaradaq, daha çox qol vuraq. Lakin belə alındı.
Təbii ki, öz üzərimizdə işləməliyik. Fiziki cəhətdən daha da artırmalıyıq. Ümid edirəm ki, rəsmi matçlarda yaxşı nəticə göstərəcəyik”.
