Bakıya gələn xarici turistlərin sayı rekord həddə çatdı - 10-cu yarışa görə

04:50 Azarkeş 79
Bakıya gələn xarici turistlərin sayı rekord həddə çatdı - 10-cu yarışa görə

Formula 1 Azərbaycan Qran-Prisinin 10-cu yubileyində Bakıya gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Sportinfo.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası məlumat yayıb.

Bu, Formula 1-in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xatırladaq ki, xarici qonaqların ötənilki sayı 14 min olmuşdu.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb. Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

10-cu yubiley Qran-Prisi həm rekord sayda xarici qonağı Bakıya gətirib, həm də dünyanın hər yerindən azarkeşlərin diqqətini Azərbaycan paytaxtına yönəldib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...