Millidən kənarda qalan qapıçı "od püskürdü" - "Bu, onunla əlaqəli söhbət deyil"

20 Sentyabr 09:00 Qəbələ 2 874
Millidən kənarda qalan qapıçı "od püskürdü" - "Bu, onunla əlaqəli söhbət deyil"

Azərbaycan millisinin baş məşqçi Ayxan Abbasov yoldaşlıq oyunu çərçivəsində sentyabrın 23-də Tacikistan ilə, UEFA Millətlər Liqası çərçivəsində isə sentyabrın 27-də səfərdə Litva ilə, oktyabrın 1-də Lixtenşteynlə, həmçinin oktyabrın 4-də Litva millisi ilə keçiriləcək oyunlara 30 futbolçu dəvət edib.

Geniş siyahıdan kənarda qalanlar arasında "Qəbələ"nin qapıçısı Səlahət Ağayev də var.

Sportinfo.az-a açıqlama verən 33 yaşlı qapıçı qərara təəccübləndiyini dilə gətirib:

"Ötən mövsümdən sonra ümidimi üzmüşəm. Çünki ötən mövsüm mən oynadığım halda oynamayan qapıçılar milliyə dəvət almışdı.

Ondan sonra ümidimi üzdüm. Bu, oyunla bağlı deyil. Yəqin ki, meydança ilə əlaqəli məsələ deyil. Kənarda nə baş verdiyini isə bilmirəm.

Mənim heç kimlə problemim yoxdur. Nə Ayxan müəllimlə, nə də qapıçılar üzrə məşqçi Kamil müəllimlə. Məsələnin nə olduğunu bilmirəm.

Bu barədə milli komandanın baş məşqçisindən soruşsanız daha yaxşı olar. Mən oyunçuyam və oynamağa da hazıram. Həm məşqdə, həm də oyunda əlimdən gələni edirəm. Açıq deyirəm, ötən toplanışdan sonra millidən əlimi üzmüşəm".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə