Azərbaycana gəldi, ilk iş günü belə keçdi - FOTOLAR

16:20 Araz-Naxçıvan 116
Azərbaycana gəldi, ilk iş günü belə keçdi - FOTOLAR

“Araz-Naxçıvan”ın yeni baş məşqçisi Yuri Maksimov komandanı ilk məşqinə çıxarıb.

Sportinfo.az xəbər verir ki, Misli Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar 3 günlük istirahətdən sonra komanda hazırlığı bərpa edib.

Məşqdən əvvəl Yuri Maksimov klub rəhbərliyi tərəfindən futbolçulara təqdim olunub. Daha sonra təxminən 2 saat davam edən məşq keçirilib.

Milli komandaların düşərgəsinə yollanan Mustafa Əhmədzadə, Ceyhun Nuriyev, Ağadadaş Salyanski və Abdallah Sudi hazırlıqda iştirak etməyiblər. Digər futbolçular məşqdə yer alıblar.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...