Karaman Azərbaycan komandasının məşqçisi təyin olundu

07:30 Basketbol 73
Karaman Azərbaycan komandasının məşqçisi təyin olundu

"LANDAU Lions" basketbol komandasının məşqçilər korpusuna daha bir mütəxəssis qatılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Fiziki hazırlıq üzrə məşqçi Mustafa Karaman bundan sonra "şirlər"in uğurları üçün çalışacaq.

Gənc mütəxəssis karyerası ərzində Türkiyə Qadınlar Super Liqasında "Çankaya Universiteti" komandasında 4 il, ötən mövsüm isə Azərbaycan Basketbol Liqasında "Ordu" klubunda fəaliyyət göstərib.

Mustafa Karaman Azərbaycan milli basketbol komandasının fiziki hazırlıq üzrə məşqçisi kimi də çalışır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...