“Qarabağ”da beş ildə qazandıqları və ya o, necə biridr?

09:40 Milli komanda 118
“Qarabağ”da beş ildə qazandıqları və ya o, necə biridr?

Toral Bayramovdan düzgün istifadə edildikdə və ona özünü göstərmək üçün kifayət qədər güvən verildikdə, hücumda komandaya real fayda verə bilən tipdir.

Bunu yalnız bir epizoda əsaslanaraq demək də düzgün olmaz.

Onun “Qarabağ”da qazandığı uzunmüddətli Avropa təcrübəsi var.

2020-ci ildən əsas komandada çıxış etdiyi dövrdə Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqası səviyyəsində ümumilikdə 75 Avropa oyununda meydana çıxıb, 8 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bayramovun Avropa arenasındakı məhsuldarlığı xüsusilə son illərdə diqqət çəkib.

2023/24 mövsümündə Avropa Liqasında 14 oyunda 3 qol, 2024/25 mövsümündə Çempionlar Liqasında 6 oyunda 2 qol, həmin mövsüm Avropa Liqasında isə daha bir qol vurub. 2025/26 sezonunda Çempionlar Liqası kampaniyasında da 12 oyunda 1 qola imza atıb.

Ümumilikdə isə “Qarabağ” formasında 254 rəsmi oyunda 37 qol və 46 məhsuldar ötürmə ilə çıxış edən Bayramov müdafiəçi olmasına baxmayaraq, hücum potensialını dəfələrlə nümayiş etdirib.

Ona görə də Tacikistanla oyundakı epizodu yalnız avtoqol kimi qiymətləndirmək Toralın həmin hücumdakı əməyini tam ifadə etmir. Z

ərbəni vuran, hücumu tamamlayan və qapıçını səhvə məcbur edən məhz o, idi.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”