“Sabah” “qırmızı şeytanlar”ın “yuva”sında - əl-qolunu sallayıb gəzmədi”

17:40 Qəbələ 72
“Sabah” “qırmızı şeytanlar”ın “yuva”sında - əl-qolunu sallayıb gəzmədi”

“Sabah” ilk dəfə iştırak etdiyi Çempionlar Liqasının əsas mərhələsinə məğlubiyyətlə başladı. Gözlənilən idi”.

Bu sözlər Sportinfo.az saytının və “Sportinfo TV”nin baş redaktoru İlkin Fikrətoğluna məxsusdur.

O, Çempionlar Liqasının əsas mərhələsində ilk dəfə iştirak edən ”bayquşlar”ın ”Mançester Yunayted”ə 0:4 hesablı məğlubiyyətinə münasibət bildirib.

Qeyd edib ki, 148 illik futbol nəhənginin qarşısına Avropada ilk addımlarını atan 9 yaşlı gənc Azərbaycan klubu çıxıb:

“Sabah” üçün bu, Çempionlar Liqasının əsas mərhələsində tarixi - birinci oyun idisə, “Mançester Yunayed” üçün bu qarşılaşma tarixi, amma 300-cü avrokubok matçı idi. Fərqə baxın da!

“Arzuların teatrı” adlandırılan “Old Trafford”da uşaqlıq xəyallarımız, arzumuz reallaşmışdı.

“Old Trafford” - buradan kimlər gəlib keçməyib?

Corc Best ruhunun dolaşdığı, Erik Kantona çılğınlığının, Duayt York-Endi Koul yaradıcılığının, Peter Şmeyxel xarizmasının, Devid Bekhem cazibəsinin, Pol Skoulz sədaqətinin, Rudd van Nistelroy vəhşətinin, Kriştianu Ronaldo dəhşətinin və əlbəttə, əfsanəvi ser Aleks Ferqyuson müdrikliyinin yaşandığı, duyulduğu “Old Trafford”…

İndi bu arenaya dünya futbolunda yeri 126-cı sıra olan ölkənin kiçik Masazır qəsəbəsinin komandası gəlib çıxıb və elə həmin ölkənin bəzi azarkeşləri “Sabah”ı “Mançester Yunayted”ə 0:4 uduzmasına görə asıb-kəsir.

Yaxşı ki, sağlam düşüncədə olanların sayı xeyli çoxdur. “Sabah” “qırmızı şeytanlar”ın “yuva”sında - “Old Trafford”da əlini, qolunu sallayıb gəzmədi, bacardığını ortaya qoydu.

25 dəqiqə “Yunayted”in start təzyiqinin qarşısında davam gətirdi,

Mikels hər hissədə bir real qol şansını qaçırdı, Mbina son dəqiqələrdə baş zərbəsiylə “Old Ttaffordd”a tarixi qolun müəllifi olmağa yaxın idi.

Bunlar adi oyun elementlıəri, detallardır”.

Digər Xəbərlər
Xəbər Lenti