Elxan Məmmədov onu xəstəxanalıq etdi, AFFA ağır cəza verdi - VİDEO

20:20 I Divizion 120
Elxan Məmmədov onu xəstəxanalıq etdi, AFFA ağır cəza verdi - VİDEO

“Zaqatala”nın hücumçusu Elxan Məmmədov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Sportinfo.az xəbər verir ki, ona 6 oyunluq cəza verilib.

Buna səbəb isə onun Birinci Liqanın 3-cü turunda “Karvan-Yevlax”la matçda (0:3) rəqib futbolçuya qarşı etdiyi təcavüzkar davranışdır.

Belə ki, matçın 6-cı dəqiqəsində E.Məmmədov yevlaxlıların 88 nömrəli oyunçusu Brenner Dos Santosa qarşı bilərəkdən kobud oynayıb və braziliyalı oyunçu xəstəxanalıq olub.

O, Təcili Tibbi Yardım avtomobili ilə stadiondan çıxarılıb.

Digər Xəbərlər
Xəbər Lenti