“Sabah”ın solaxay “kral”ını vətənində ŞOKa saldılar! - VİDEO

25 Sentyabr 16:40 Sabah 1 100
“Sabah”ın solaxay “kral”ını vətənində ŞOKa saldılar! - VİDEO

“Sabah”ın “assist kral”ı Timoteuş Puxaç təxminən 2 illik fasilədən sonra yenildən Polşa millisinə dəvət alıb.

Solaxay müdafiəçi 2021-ci ilin yayından dəvət aldığı yığma komandanın formasını sonuncu dəfə 2024-cü ilin noyabrında Şotlandiya ilə qarşılaşmada geyinmişdi.

“Sabah”ın heyətində Premyer Liqada və Çempionlar Liqasında uğurlu çıxış edən səbəbkar öz oyunu ilə baş məşqçi Yan Urbanın diqqətini çəkməyi bacarıb.

Puxaç millinin düşərgəsinə qoşulmaq üçün üz tutduğu otelin qarşısında xoş mənzərə ilə qarşılaşıb.

Çox sayda gənc azarkeş “Tima”nı səsləyərək onunla şəkil çəkdirib, imza alıb.

Gülərüz “Sabah”lı isə özünəməxsus şəkildə onlarla zarafat edib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?