AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - FOTOLAR

25 Sentyabr 08:10 Atçılıq 420
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - FOTOLAR

Bakının sayca onuncu dəfə ev sahibliyi etdiyi Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Dənizkənarı Milli Parkın ərazisində klassik avtomobillərin sərgisi keçirilir.

Sportinfo.az xəbər verir ki, sərgi Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə təqdim olunur.

İzləyicilər yarış günlərində Formula 1-in fan zonasında retro avtomobillərlə tanış ola biləcəklər.

Formula 1-in sürət və həyəcan dolu ab-havasını tamamlayan həmin sərgi ziyarətçiləri avtomobil tarixinin müxtəlif dövrlərinə səyahətə dəvət edir.







Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!