“Bəzi futbolçuların qol vurduqdan sonra sevinməməsi məni dəli edir”

01:40 Dünya futbolu 101
“Bəzi futbolçuların qol vurduqdan sonra sevinməməsi məni dəli edir”

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol Qaskoyn futbolçuların vurduqları qollardan sonra sevinməməsini tənqid edib.

Sportinfo.az xəbər verir ki, o, “Talksport”-a açıqlamasında millidə oynamağın onun üçün xüsusi məna daşıdığını bildirib:

“Ölkəm üçün oynamağı çox sevirdim. Ağ formanı geyinəndə ailəmi düşünür və onların mənimlə fəxr etməsini istəyirdim. Ölkən üçün oynamaq çox şey deməkdir.

Bəzi futbolçuların qol vurduqdan sonra demək olar ki, sevinmədiyini görürəm. Bu, məni dəli edir.

İngiltərənin U-21 millisində debütümü xatırlayıram. Qol vurmuşdum və tribunada heç kim yox idi.

Ona görə də hasardan aşaraq qolumu avtomobil yolunun kənarında qeyd etmişdim”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...
24 Sentyabr 03:40 10 min manatlıq söyüş
24 Sentyabr 02:00 "Şəfa"nın yeni planı var