“Qəbələ” futbol klubu Elvin Camalovla müqavilə imzaladığını açıqlayıb.
Sportinfo.aiz xəbər verir ki, 31 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb.
Camalov bundan əvvəl “Neftçi”dən ayrılıb.
“Qəbələ” akademiyasının yetirməsi olan futbolçu daha əvvəl də klubun əsas komandasında çıxış edib. O, “Qəbələ”nin heyətində 132 oyun keçirib.
Beləliklə, Elvin Camalov “Neftçi”dən ayrıldıqdan sonra karyerasını özünə yaxşı tanış olan klubda davam etdirəcək.
