Naxçıvan Futbol Federasiyasının (NFF) prezidenti Zaur Axundov «Araz-Naxçıvan»ın yeni baş məşqçisi Yuri Maksimovla bir araya gəlib.
Bu barədə klubdan saytımıza bildirilib.
Redaksiyamıza verilən məlumata görə, görüş komandanın mövcud vəziyyətinə həsr olunub və qarşıya qoyulan məqsədlər müzakirə edilib.
Axundov Premyer Liqada yeni mövsümə uğursuz start verən kollektivin durumundan narahatlığını dilə gətirib, altı tura cəmi 2 xal toplanılmasını pis göstərici kimi qiymətləndirib.
NFF-nın birinci şəxsi bildirib ki, «Araz»ı bu vəziyyətdə görmək istəmir, ona görə də Cavid Hüseynovu baş məşqçi postundan uzaqlaşdırmağı zəruri sayıb.
Axundov «ağ-qırmızılar»ın turnir cədvəlinin yüksək pillələrində yer almalı olduğunu diqqətə çatdırıb.
Maksimov bu məsuliyyəti öz üzərinə götürüb, yeni iş yerində uğurlu nəticələr qazanacağına inandığını qeyd eləyib.
O, şərti şumda kəsib: «Mənim işimə heç kim qarışmasın». Ukraynalı çalışdırıcı söyləyib ki, danışdıqları kimi olsa, «Araz» mövsümün qarşıdakı hissəsində uğurlu qrafik cızacaq və medallar uğrunda mübarizəyə qoşulacaq.
Maksimovla anlaşma 2026-2027-ci illər mövsümünün sonuna qədər nəzərdə tutulub. O, bu vəzifədə Cavid Hüseynovu əvəzləyib.
Y. Maksimov müxtəlif illərdə “Vorskla”, “Dnepr-1”, “Polose”, “Taraz”, “Mordoviya”, “Metallurq”, “Krivbass”, “Obolon” və SSKA-da (Kiyev) baş məşqçi vəzifəsində çalışıb.
58 yaşlı mütəxəssis 2017-ci ilin dekabrından 2018-ci ilin iyuluna qədər “Keşlə” (indiki “Şamaxı”) klubunun baş məşqçisi olub, Azərbaycan kubokunu qazanıb.
SPORTİNFO.AZ
