Milli komandaların oyunları ilə əlaqədar Misli Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Araz-Naxçıvan” 2 yoxlama oyunu keçirəcək
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda sentyabrın 27-də, saat 16:00-da BOS-un ehtiyat meydanında “İmişli” ilə qarşılaşacaq.
Növbəti oyun isə oktyabrın 2-nə nəzərdə tutulub. Rəqib “Neftçi” olacaq. Oyunun məkanı və yeri barədə əlavə məlumat veriləcəyi bildirilib.
