Ayı çayın sahilində balıq tutan məşqçini öldürdü - FOTO

10:20 Hadisə 156
Ayı çayın sahilində balıq tutan məşqçini öldürdü - FOTO

Rusiyada hokkey məşqçisi Aleksandr Kuzmenko ayı hücumu nəticəsində həyatını itirib.

Sportinfo.az xəbər verir ki, hadisə Tıva şəhərində baş verib.

Böyük Yenisey çayının sahilində balıq tutan Kuzmenkoya ayı hücum edib. Daha sonra məşqçinin dostları ayını uzaqlaşdırıb və Aleksandra kömək etməyə çalışıblar.

O, helikopterlə xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Aleksandr Kuzmenkonun oğlu Andrey Kuzmenko da məşhur hokkeyçidir və MHL-də çıxış edir.

Son aylarda Rusiyanın müxtəlif bölgələrində ayı hücumlarında artım müşahidə edilir. Ümumilikdə, bu müddət ərzində ölkə ərazisində ayı hücumlarında 15 nəfər həlak olub.

bu-defe-ayi-hucumunun-qurbani-mesqci-oldu

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”