Azərbaycan komandası dünya çempionatında yarışacaq

05:10 Cüdo 94
Azərbaycan komandası dünya çempionatında yarışacaq

Azərbaycanın paracüdo üzrə milli komandası sentyabrın 25-dən 27-dək Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən bildirilib.

Yarışda kişilər arasında İlham Zəkiyev (J1, +95 kq), Saleh Sultanov (J1, 81 kq), İsmayıl Muradov (J1, 70 kq) və Hüseyn İsmayılzadə (J2, 70 kq), qadınlar arasında isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) çıxış edəcəklər.

Paracüdoçuların yarışa hazırlığına baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimov rəhbərlik edəcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
24 Sentyabr 23:00 Bu oyunla çətin...
24 Sentyabr 18:10 Çək və bizə göndər!
24 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Sentyabr 10:40 Millidə yeni “10 nömrə”
24 Sentyabr 08:30 Birini udduq, birini də...