Məlum olduğu kimi, “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib.
Bölgə təmsilçisi Elvin Camalovu sıralarına qatıb.
Dayaq yarımmüdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.
Orta sahə oyunçusu burada 12 min manat əməkhaqqı alacaq. Bu isə “Neftçi“də qazandığı pulla müqayisədə 3000 manat aşağıdır.
Sadəcə, millinin sabiq üzvü paytaxt təmsilçisində oynamaq şansı qazanmadığından, bir qədər aşağı məvacibə yerini dəyişib. Çünki “Qəbələ”də ona belə bir vəd verilib - gələcəksənsə, forma sənin olacaq.
Camalov “Qəbələ” Akademiyasının yetirməsidir. O, 2012-ci ildən 2019-cu ilə qədər bu klubun formasını geyinib.
Futbolçu əvvəlcə U-19 komandasında, daha sonra əvəzedicilərdə oynayıb. Elvin 2013-2019-cu illərdə isə “Qəbələ”nin əsas komandasında çıxış edib.
Camalov “Qəbələ”nin əsas heyətində 132 oyuna çıxıb. Daha sonra “Zirə”, “Sabah” və “Neftçi”də çıxış edib.
SPORTİNFO.AZ

