Xarici baş məşqçi Azərbaycan klubunda işləməkdən imtina elədi - SON DƏQİQƏ

14:40 Qəbələ 241
Xarici baş məşqçi Azərbaycan klubunda işləməkdən imtina elədi - SON DƏQİQƏ

"Qəbələ" Misli Premyer Liqasının V turunda "Kəpəz"lə səfər matçına qapıçı məşqçisi Amil Ağacanovun rəhbərliyi altında çıxacaq.

Çmpionatın IV turunda "İmişli" ilə görüşdə (2:1) də komandaya o rəhbərlik edib. Asif Məmmədovla birlikdə.

Klub rəhbərliyi Kaxaber Sxadadzeni kiminlə əvəzləyəcəyinə hələ qəti qərar verməyib. Namizədlər var - həm yerli, həm əcnəbi.

Atılan «ox»lar bugünədək hədəfə dəyməyib. Təklif göndərilən serbiyalı çaldışırıcı "Qəbələ" ilə danışıqları uzutmayıb.

Hazırda postsovet respublikalarından birində fəaliyyət göstərən balkanlı işlərinin yaxşı getdiyini bildirərək, Azərbaycana gəlmək variantına soyuq yanaşıb.

Əyalət təmsilçisinə 2024-cü ilin fevralından bəri Sxadadze başçılıq edib. Premyer Liqanın üçüncü turunda "Şamaxı" ilə qolsuz heç-heçədən sonra onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Kəpəz" - "Qəbələ" matçı sentyabrın 12-də, saat 17:30-da Gəncə stadionunda start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti