“Qarabağ”ın “Şah”ı Ərəbistana - dostunun yanına getdi: FOTO

16:20 Qarabağ 90
“Qarabağ”ın “Şah”ı Ərəbistana - dostunun yanına getdi: FOTO

“Qarabağ”ın üzvü Şahruddin Məhəmmədəliyev Azərbaycanı tərk edib.

Birdəfəlik yox, bir neçə günlük.

Milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edən təcrübəli qapıçı istirahət üçün Səudiyyə Ərəbistanına yollanıb.

Şahın bu ölkəni seçməsi təsadüfi deyil.

O, burada uzun illər “Qarabağ”da çiyin-çiyinə oynadığı və dostluq etdiyi Abdullah Zubirlə görüşmək imkanı əldə edib.

Məhəmmədəliyev “Əl-Oruba”nın formasını geyinən Zubirin yanına gedərək onu ziyarət edib.

Abdullah çəkilən fotonu “instagram” hesabında paylaşaraq “Səni görməkdən hər zaman məmnunam, mənim əsl qardaşım” sözlərini yazıb.

Maraq üçün bildirək ki, 2018-ci ildən “Qarabağ”ın formasını geyinən Abdullah Zubir bu ilin yayında “Əl-Oruba”yla müqavilə bağlayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti