Premyer Liqa mənsubunun yeni çalışdırıcısının kimliyi dəqiqləşdi - SON DƏQİQƏ

12:40 Qəbələ 216
Premyer Liqa mənsubunun yeni çalışdırıcısının kimliyi dəqiqləşdi - SON DƏQİQƏ

«Qəbələ»nin yeni baş məşqçisinin kimliyi dəqiqləşib.

Kaxaber Sxadadzeni iki həftə öncə yola salan «qırmızı-qaralar» Jeton Beqirini görəvə gətirib.

İki gün öncə ölkəmizə gələn şimali makedoniyalı mütəxəsislə bütün müqavilə şərtləri razılaşdırılıb.

Onunla 2027-ci ilin yayınadək qüvvədə olan kontrakt imzalanıb. Daha sonra 44 yaşlı çalışdırıcının sözləşməsinin müddəti uzadıla bilər.

O, son olaraq ölkəsində «Şkendiya»nın sükanı arxasında dayanıb. 2024-cü ilində bu klubla anlaşıb və yalnız bir müddət əvvəl oradan ayrılıb.

Beqiri Azərbaycan futbolunu pis tanımır. Onun çalışdırdığı «Şkendiya» 2025- ci ildə Şimali Makedoniya çempionu olub və Çempionlar Liqasında «Qarabağ»la qarşılaşıb.

Yarışın ikinci təsnifat mərhələsində «köhlən atlar»la üz-üzə gələn «Şkendiya» öncə Skopyedə 0:1, ardınca Bakıda 1:5 hesabıyla uduzaraq, mübarizə dayandırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti